Rusiyanın Türkiyədəki səfirinə qarşı sui-qəsd

RİA Novosti: "Səfir vəfat etdi!"
Rusiyanın Türkiyədəki səfirinə qarşı sui-qəsd

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada iştirak etdiyi sərgidə naməlum şəxs tərəfindən silahlı hücum edilib. Anadolu Agentliyi xəbər verir ki, diplomat Rusiyanın Türkiyədəki səfirliyinin və Ankaranın Çankaya rayon bələdiyyəsinin birgə təşkil etdiyi sərgidə çıxış edərkən hücuma məruz qalıb.

Hücum edən şəxs A.Karlova xəsarət yetirdikdən sonra havaya atəş açıb. Ağır yaralanan diplomat dərhal Güven xəstəxanasına yerləşdirilib.

Silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib. Bu barədə RİA Novosti agentliyinə məlumatlı mənbə bildirib.

rusiyanin ankaradaki sefirine silahli hucum olub sefir olub yenilenib 1

Bütün xəbərlər Facebook səhifəmizdə