Hələbdən 12 min insan evakuasiya edilib

Hələbdən 12 min insan evakuasiya edilib

Suriyanın Hələb şəhərindən 12 min nəfər dinc sakin evakuasiya olunub. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, bu gün Hələbin şərqindən 4,5 min nəfər çıxarılıb: "Beləliklə təxliyyə edilən dinc sakinlərin sayı 12 minə çatıb".

Qeyd edək ki, Suriyada silahlı münaqişə 2011-ci ildən başlayıb. Hazırda ölkə daxilində hökumət qüvvələri, müxalifət və terror qruplaşmaları arasında döyüşlər gedir. BMT-nin hesablamalarına görə, münaqişə nəticəsində 300 mindən çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə