İordaniyanın Əl-Karak şəhərində polislə silahlılar arasında baş verən atışma nəticəsində ölənlərin sayı 9-a çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 5 polis və biri kanadalı turist olmaqla, 4 mülki şəxs ölüb. Müxtəlif məlumatlara əsasən, silahlıların hücumu nəticəsində 30 nəfər yaralanıb.
Qeyd edək ki, dünən İordaniyanın Əl-Karak şəhərində bir qrup silahlı polis postuna hücum edib. Baş verən atışmadan sonra silahlılar bir neçə nəfəri girov götürərək yaxınlığdakı qədim qəsrdə gizləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB