İraqdan Türkiyəyə hədə: Türk əsgərləri Başikadan çıxsın

İraqdan Türkiyəyə hədə: Türk əsgərləri Başikadan çıxsın

Türk əsgərlərinin sürətli şəkildə Başika düşərgəsindən çıxmasını istəyirik. Axar.az xəbər verir ki, bu açıqlama ilə İraq Xarici İşlər naziri İbrahim Cəfəri çıxış edib. O bildirib ki, rəsmi Ankara ilə təhlükəsizlik və diplomatik sahələrdə danışıqlar aparılır:

"Bizim üçün İraqın suverenliyi qırmızı xəttdir. Suverenliyimizin qorunması lazımdır. Mövqeyimiz belədir ki, tez bir zamanda türk əsgərləri Başikadan çıxsın. Biz bütün qonşu ölkələrlə yaxşı münasibətlər qurmağı hədəfləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə