Solomon adaları sahillərində zəlzələ olub

Solomon adaları sahillərində zəlzələ olub

Solomon adaları sahillərində 6,0 bal gücündə zəlzələ baş verib. Bu barədə "RİA Novosti" xəbər verir. Məlumata görə, yeraltı təkanın episentri Kirakira yaşayış sahəsindən 83 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 39 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə