Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxtın Al-Midan rayonunda, polis şöbəsinin qarşısında qeydə alınıb. Hadisə nəticəsində 3 nəfər ölüb, azı 5 nəfər yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. İnsidentə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB