Yunan təqaüdçüləri etiraz aksiyasına başladılar

Yunan təqaüdçüləri etiraz aksiyasına başladılar

Minlərlə yunan təqaüdçü Afina küçələrində etiraz edirlər. Etirazçılar hökumətin Milad bayramından öncə onlara verməyə planlaşdırdığı vəsaitin az olduğunu və pensiyalarını azaltmağa davam etdiklərini bəyan edirlər. Yunan parlamenti dekabrın 15-də Milad bayramından öncə 1,6 milyon təqaüdçüyə 617 milyon avro məbləğində vəsaitin verilməsini nəzərdə tutan qanun layihəsini qəbul ediblər. Parlamentin qərarı beynəlxalq kreditorlar tərəfindən mənfi qarşılanıb. Yunan müxalifəti qanun layihəsinin ölkəyə yardım paketinin verilməsinə təhlükə yaratdığını bildirib. Ölkənin maliyyə naziri Evklid Tsakalotos isə birdəfəlik yardımın ölkə iqtisadiyyatına heç bir problem yaratmayacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə