Radikal sağçıların çoxalması Avropa dəyərlərinə vurulmuş ən böyük zərbədir. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işlər üzrə naziri və baş müşaviri Ömər Çelik türk və alman akademiklərlə görüşündə deyib. Nazir qeyd edib ki, Avropa dəyərlərində düşmən mövqeyi özünü göstərir: "Berli Divarının uçurulması Avropadakı inteqrasiyanın müsbət mənada tamamlandığının göstəricisi idi. Lakin radikal sağçıların güclənməsi bu dəyərlərə vurulan ən böyük zərbələrdən biridir. Bu, Avropadakı insanlar, xalqlar arasında psixoloji Berlin Divarının yenidən inşası anlamına gəlir".
Nazir onu da qeyd edib ki, Avropada siyasi dairələrin ən üst təbəqəsində Ərdoğan düşmənçiliyi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB