27 dekabrda Moskvada Türkiyə, Rusiya, İran arasında üçtərəfli görüş keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
"Suriyada atəşkəsin təmin olunması və siyasi həll yolunda müzakirələrin başlanması üçün səy göstəririk. Növbəti prosesdə bu səylərimiz davam edəcək. Məsələ ilə bağlı bu ayın sonunda, 27 dekabrda Moskvada Türkiyə, Rusiya, İran arasında üçtərəfli görüş keçiriləcək", - Çavuşoğlu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB