Mən hər zaman Türkiyə kanallarını izləyirəm. Xəbərləri TRT Xəbər-dən alıram. İstanbuldakı terror hadisəsinə çox üzüldüm. Mənim üçün çox böyük bir acı və itkidir. Çünki mən Türk xalqını və Türkiyəni çox sevirəm. Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev jurnalistlərə verdiyi açıqlamasında deyib. Prezident daha sonra çıxışına Türkiyə türkcəsində davam edib: "Türkiyədəki terror hadisələri məni üzür. Allah Türkiyəni qorusun! Ana vətənimizi qorusun! Türk xalqının və dövlətinin başı sağ olsun".
Qeyd edək ki, dünən İstanbulun Beşiktaş rayonunda baş verən terror hadisəsi zamanı 38 nəfər həlak olub. Onlardan 30-u polislərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB