Rusiyanın Orenburq vilayətində üç avtomobilin toqquşması nəticəsində, ilkin məlumata görə, 7 nəfər ölüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, regional əhəmiyyətli magistral yolda baş verən qəzanın səbəbləri araşdırılır. Məlumata görə, ölənlərdən üçü qadın, dördü kişidir. Qəza nəticəsində 7 nəfər xəsarət alıb, onlarda üçü azyaşlı uşaqdır. Hadisə yerinə yol polisi əməkdaşları və həkimlər cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB