Şənbə günü Yəmənin Ədən şəhəri ətrafında yerləşən hərbi bazada törədilmiş partlayış nəticəsində həlak olanların sayı 50 nəfərə yüksəlib. Bu məlumatı yerli təhlükəsizlik orqanlarına istinadla Reuters agentliyi yayıb. Agentliyin məlumatına görə, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb. Terrorçu üzərindəki partlayıcı qurğunu Es-Sulban hərbi bazasının girişində - maaş növbəsinə dayanmış hərbçilərin yanında işə salıb. Partlayış nəticəsində hərbi qulluqçular və ordu sıralarına yenicə qəbul edilənlər həlak olublar.
Xatırladaq ki, Yəməndə hökumət qoşunları ilə husi qiyamçıları arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Ölkənin cənubunda fəaliyyət göstərən İŞİD və əl-Qaidə terror qruplaşmaları hərbiçilərə müntəzəm hücumlar edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB