Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmət Sezgin 88 yaşında vəfat edib. Bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Məlumata görə, Gülhane Hərbi Tibb Akademiyasında ürək çatışmazlığı ilə əlaqədar müalicə alan İ.Sezgin dünən axşam saatlarında dünyasını dəyişib. 1928-ci ildə anadan olan İsmət Sezgin müxtəlif vaxtlarda TBMM-nin sədri və Türkiyənin baş nazirinin müavini, həmçinin müdafiə naziri vəzifələrində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB