NATO rəhbəri: "Rusiyanın hücumlarından narahatıq"

NATO rəhbəri: "Rusiyanın hücumlarından narahatıq"

"Biz Suriyada Əsəd rejimi və Rusiyanın hücumlarından narahatıq". Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Alyans rəhbərinin fikrincə, rəsmi Dəməşq hücumları dayandıraraq Hələbə humanitar yardımın çatıdırılmasına mane olmamalıdır:

"Böhranın diplomatik yolla həllində istənilən əngəl çoxlu sayda insanın əziyyət çəkməsinə səbəb olacaq. Əsəd rejimi və Rusiyanın hücumları ilə dərinləşən humanitar fəlakət bundan sonra da davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə