Almaniyanın Ankaradakı səfiri Mertin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Anadolu agentliyi xəbər verir ki, səfir Türkiyə parlamentinin vitse-spikeri Ayşe Nur Bahçekapılının Almaniyada aeroportda saxlanılması ilə əlaqədar çağırılıb. Türkiyə mənbələrinə görə, diplomatik pasportunu oğurladan vitse-spiker hava limanında hüquq mühafizə əməkdaşlarının kobud davranışı ilə qarşılaşıb, daha sonra isə saxlanılıb. Almaniya səfirinə hadisə ilə bağlı Türkiyə XİN-nin narazılığı çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB