Konqo Demokratik Respublikasının mərkəzi hissəsində yerləşən Çikapa şəhərində hərbçilərlə üsyançılar arasında üç gün davam edən qarşıdurmada azı 23 nəfər həlak olub. Bu barədə məlumat "France Press" agentliyində yer alıb. Rəsmilərin məlumatına görə, döyüşlər dekabrın 2-də başlayıb. Çaxnaşmaya səbəb üsyançıların bəzi binaları yandırması olub. Hadisə yerinə ordunun gəlməsi ilə qarşıdurma yaşanıb. Kasai əyalətinin qubernatorunun müavini qeyd edib ki, döyüşlər zamanı 13 hərbçi və 10 üsyançı həlak olub. Xəsarət alan 14 hərbçi isə xəstəxanada müalicə alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB