Dekabrın 5-də Çinin Tibet Muxtar Rayonunda yerli vaxtla səhər saat 05:34-də zəlzələ olub. Çin Zəlzələ Şəbəkəsi Mərkəzinin məlumatına görə, 5,1 bal gücündə qeydə alınan zəlzələnin episentri dəniz səviyyəsindən 4700 metr yüksəklikdə yerləşən Nyainron qəsəbəsi yaxınlığında, 5 kilometr dərinlikdə olub. Yeraltı təkanlar bir neçə saniyə davam edib.
İlkin məlumatlara əsasən, heç bir dağıntı və insan tələfatı qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB