Baş nazir vəzifəsindən gedir

Italiyanın baş naziri Matteo Renzi istefa verəcəyini bəyan edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə baş nazir İtaliya konstitusiyasına dəyişikliklərlə bağlı referendumun yekunlarına həsr olunmuş mətbut konfransında deyib.

O, məğlub olduğunu etiraf edib və Nazirlər Kabinetinin bu günə nəzərdə tutullan iclasından sonra prezidentə istefa ərizəsni təqdim edəcəyini açıqlayıb. Baş nazir məğlub olmasına baxmayaraq referendumu demokratiya üçün böyük bayram alandırıb.

Exit-polların nəticələrinə əsasən, referendumda iştirak edənlərin 60 faizə yaxını baş nazirin konstitusiya islahatları ilə bağlı təkliflərinin əleyhinə səs verib. Qey eək ki, təkliflər dövlət hakimiyyət orqanları sistemində Senatın rolunun və funksiyasının dəyişilməsini nəzərdə tuturdu. Referendumda səsvermə hüqüquna malik İtaliya vətəndaşlarının 68 faizi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə