Fidel Kastronun külünün dəfn mərasimi olub

Fidel Kastronun külünün dəfn mərasimi olub

Kuba inqilabının lideri Fidel Kastronun külünün dəfn mərasimi olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Fidel Kastronun külü inqilabın beşiyi sayılan Santyaqo-de-Kubadakı Santa-İfiqeniya qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, 90 yaşlı Fidel Kastro noyabrın 26-da dünyasını dəyişib. O, dünya tarixində hakimiyyətdə ən çox qalmış üçüncü dövlət başçısıdır. Hakimiyyətdə olduğu müddətdə ona 600 dəfədən çox sui-qəsd təşkil olunub və Fidel Kastro bu göstəriciyə görə "Ginnesin rekordlar kitabı"na düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə