Rusiyada avtobus qəzaya uğradı: 10 nəfər həlak oldu

Rusiyada avtobus qəzaya uğradı: 10 nəfər həlak oldu

Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsində avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Regionun hüquq mühafizə orqanlarının məlumatına görə, həlak olanların doqquzu uşaqdır. Qəza Tümen-Xantı-Mansiysk federal avtomobil yolunda baş verib. İçində 32 sərnişin, o cümlədən 29 uşaq olan avtobus yük avtomobili və iki minik maşını ilə toqquşub.

Bütün xəbərlər Facebook səhifəmizdə