Bakıdakı özbəklər səsvermədə fəal iştirak edirlər

Bakıdakı özbəklər səsvermədə fəal iştirak edirlər

Xəbər verdiyimiz kimi bu gün Özbəkistan yeni prezidentini seçir. SIA-nın xəbərinə görə, Bakıdakı seçki məntəqəsində də Özbəkistan vətəndaşları səsvermədə iştirak edirlər. Özbəkistanın Azərbaycandakı səfirliyi bildirir ki, artıq bu vaxta qədər qeydə alınan seçicilərin təxminən 60 faizi öz seçimini edib. Qeyd edək ki, məntəqədə səsvermə saat 06:00-da başlayıb və saat 20:00-a kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə