Çin Xarici İşlər Nazirliyi yeni seçilmiş prezident Donald Trampın Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə telefon danışığı aparması səbəbindən ABŞ tərəfinə etiraz notası ünvanlayıb. Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
"Biz artıq ABŞ tərəfinin diqqətini yayılan məlumatlara yönəltmişik və sərt etirazımızı bildirmişik", - deyə bəyanatda qeyd edilib.
Bununla yanaşı, məlumatda deyilir ki, "dünyada cəmi bir Çin mövcuddur və Tayvan onun ayrılmaz hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB