Fidel Kastro “UAZ-469” avtomobilində son mənzilə yola salınıb

Fidel Kastro “UAZ-469” avtomobilində son mənzilə yola salınıb

Kuba inqilabının lideri Fidel Kastro SSRİ istehsalı olan əfsanəvi "UAZ-469" markalı avtomobildə son mənzilə yola salınıb. APA-nın "Rossiyskaya qazeta"ya istinadən verdiyi xəbərə görə, Kastronun külü dəfn olunması üçün avtomobillə Santyaqo-de-Kuba şəhərinə yola salınıb. Dəfn mərasimi dekabrın 3-də keçiriləcək. Kubada çox populyar olan "UAZ" markalı avtomobil dörd gün ərzində 400 kilometrdən çox məsafəni qət edəcəyi dövrdə yüz minlərlə insan Fidel Kastro ilə vidalaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə