Fransa polisi 900 kiloqramdan çox kokain aşkarladı

Fransa polisi 900 kiloqramdan çox kokain aşkarladı

Fransanın Bayonna və Biarrits şəhərlərində polis 900 kiloqramdan çox kokain müsadirə edib, 10 nəfər saxlanılıb. "Frans Press" agentliyinin verdiyi xəbərə görə, saxlanılanlar arasında Fransa, Kolumbiya, İspaniya və Niderland vətəndaşları var. Saxlanılanların üzərindən 1 milyon avroyadək pul götürülüb. Məlumata görə, əməliyyat Fransa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə