Nyu-Yorkda, BMT iqamətgahında keçirilən xüsusi iclasın iştirakçıları insanın immunçatışmazlığı virusunun (İİV) qurbanı olmuş 35 milyon insanın xatirəsini yad edərək, bu virusdan əziyyət çəkən 78 milyon insana öz dəstəklərini bildiriblər. BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, qurumun baş katibi Pan Gi Mun bu təhlükəli xəstəliyə yoluxmuş insanlara münasibətdə xurafata və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa, onların müalicə imkanlarının təmin edilməsinə hər cür kömək göstərilməsinə çağırıb.
BMT-nin baş katibi bildirib: "Tolerantlıq və anlayış İİV-i dayandırmağa, dəstək və kömək insan həyatını qurtarmağa kömək edəcək". Pan Gi Mun 35 il əvvəl peyda olan İİV-ə qarşı mübarizədə irəliləyişdən danışaraq xatırladıb ki, analarından yoluxan uşaqların sayı iki dəfə azalıb.
Baş katibin sözlərinə görə, həyati əhəmiyyətli dərman preparatlarını almaq imkanı olan İİV-li insanların sayı son beş ildə iki dəfə artaraq, hazırda 18 milyon nəfəri ötüb. Pan Gi Mun 2030-cu il üçün müalicəyə ehtiyacı olan 30 milyon insanın tələbatını təmin etməyə çağırıb.
Tədbirdə BMT-nin İİV/QİÇS (UNAIDS) üzrə Birləşmiş Proqramının rəhbəri Mişel Sidibe çıxış edib. O, İİV epidemiyasına qarşı mübarizədə liderliyinə görə Pan Gi Muna UNAIDS mükafatını təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB