İtaliya: Rusiyaya qarşı sanksiyalar bizə ildə 7 milyard avro ziyan vurur
Avropa Birliyinin gələcəyi 2017-ci ildə Fransa, Almaniya və İtaliyada baş tutan seçkilərdən sonra müəyyənləşəcək. Bunu "RİA-Novosti" agentliyinə açıqlamasında İtaliyanın Nümayəndələr Palatasının sədr müavini Luici di Mayo söyləyib. Onun sözlərinə görə, Avropa Birliyinə ən böyük zərbələrdən birini Rusiyaya qarşı sanksiyalar vurub:
"Bu sanksiyalar təkcə italiyalı istehsalçılara illik 7 milyard avro ziyan vurur. Bu fəaliyyətlər Avropa Birliyinin ideyalarına cavab vermir. Biz İtaliyanın Avropa Birliyindən çıxmasına yox, bu ittifaqda mühüm dəyişikliklərə tərəfdarıq. AB-nin gələcəyi gələn il müəyyən ediləcək. Fransa, İtaliya və Almaniyadakı seçkilər AB-nin taleyini həll edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB