NATO-ya üzv olan ölkələr heç vaxt Dnestryanı bölgəsinin "müstəqilliyini" tanımayacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. "NATO ölkələri Dnestryanını tanımayıb və tanımayacaq. Biz onu Moldovanın ayrılmaz hissəsi hesab edirik", - deyə Yens Stoltenberq Moldova naziri Pavel Filiplə görüşündən sonra jurnalistlərə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB