ABŞ prezidenti Barak Obama Fidel Kastronun dəfn mərasimində iştirak etmək üçün Kubaya səfər etməyəcək. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat Coş Ernest bəyan edib."Prezident Barak Obama və vitse-prezident Co Bayden dəfn mərasimində iştirak etməyəcək. O ki qaldı dövlət katibi Con Kerriyə, bunu da təsdiq edə bilmərəm. Əgər ABŞ nümayəndə heyəti Kubaya göndərilsə, bununla bağlı əlavə açıqlama veriləcək", deyə C.Ernest qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB