Belçikanın Lyej şəhərində baş verən yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib. TASS agentliyinin verdiyi xəbərə görə, yeraltı dayanacaqda naməlum avtomobil qəfildən alovlanıb , daha sonra partlayış baş verib.
İnsident yaxınlıqda təşkil olunan ənənəvi Milad bazarı zamanı baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İnsidentin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB