Misirdə silahlıların hücumu nəticəsində ölən hərbçilərin sayı 11 nəfər çatıb, 12 nəfər yaralanıb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, ötən gün Misirin Sinay yarımadasının şimalında, əl-Əriş şəhəri yaxınlığında silahlılar nəzarət-buraxılış postuna hücum edib.
Hadisə yerində daha üç hərbçinin meyiti tapılıb. Ötən gün silahlıların hücumu zamanı nəzarət-buraxılış postunda minalanmış avtomobil partladılıb. Partlayışdan sonra atışma baş verib. Hücum zamanı postda 30-dək hərbçi olub. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB