Donald Tusk Rusiyanı yenə sanksiyalarla hədələdi

Donald Tusk Rusiyanı yenə sanksiyalarla hədələdi

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalarla bağlı qərarı dekabrda keçiriləcək sammitdən əvvəl verəcək. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə Aİ Şurasının rəhbəri Donald Tusk bildirib. "Ümid edirəm ki, biz sanksiyalara dair qərarı dekabrda keçiriləcək sammitdən əvvəl qəbul edəcək", - deyə o bildirib. Onun sözlərinə görə, Aİ-nin Rusiya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalmaqdadır.

"Bizim sanksiyalarla bağlı mövqeyimiz aydındır – onlar Ukraynaya dair Minsk sazişlərinin tam icrası ilə tam əlaqəlidir", - deyə Tusk qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə