Türkiyə: Avropa Birliyinin daxilində dəyərlərin böhranı mövcuddur

Türkiyə: Avropa Birliyinin daxilində dəyərlərin böhranı mövcuddur

"Türkiyə Avropa Parlamentinin (AP) qərarını ciddi hesab etmir." "TRT Haber" kanalı xəbər verir ki, bu barədə Aİ ilə işlər üzrə nazir Ömər Çelik AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən deyib. Nazir bildirib: "Bu qətnamə tövsiyyə xarakteri daşıyır və hüquqi gücə malik deyil".

Ö.Çelikin sözlərinə görə, qərarın qəbulu Türkiyəyə qarşı ikili standartlardan qaynaqlanır: "Türkiyə ilə Aİ münasibətlərində böhran yoxdur, Birliyin öz daxilində dəyərlərin böhranı mövcuddur. Avropa demokratiyanı bizdən öyrənməlidir."

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə