ŞOK: İspaniyada 5 ton narkotik vasitə aşkarlandı

ŞOK: İspaniyada 5 ton narkotik vasitə aşkarlandı

İspaniyada Avropa ölkələrinə, həmçinin Liviya və Misirə Mərakeşdən qeyri-qanuni yolla narkotik maddə gətirən beynəlxalq cinayətkar qrup zərərsizləşdirilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumatı yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, əməliyyat nəticəsində İspaniya və Mərakeş vətəndaşları olan 25 nəfər saxlanılıb. Ölkənin müxtəlif şəhərlərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 5 ton həşiş, həmçinin çoxlu sayda avtomobil, qayıq, silah və nağd pul aşkarlanaraq müsadirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə