Astananın Nazarbayev adlandırılması təklif edilir

Astananın Nazarbayev adlandırılması təklif edilir

Qazaxıstan parlamentinin bir qrup deputatı respublikanın paytaxtı Astana şəhərinin prezident Nursultan Nazarbayevin şərəfinə onun adı ilə adlandırılması təklifi ilə çıxış ediblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, deputat Kuanış Sultanovun respublikanın müstəqilliyi illərində qazandığı nailiyyətlərlə bağlı parlamentə təqdim etdiyi deklorasiyada paytaxta Nazarbayevin adının verilməsi təklifi də də əksini tapıb.

Deputat bununla bağlı bildirib ki, Astana ölkənin birinci prezidentinin, onun qurucusu və yaradıcısının adını daşımağa layiqdir: "Biz bununla bağlı məsləhətləşmələri davam etdirəcəyik. Şəhərə "Nursultan" yaxud da "Nazarbayev" adını vermək olar. Bu, xalqın istəyidir və deputatlar da bunu dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə