Avropa Birliyi Türkiyəyə qarşı "qırmızı işıq" yandırır?

Avropa Birliyi Türkiyəyə qarşı "qırmızı işıq" yandırır?

Avropa Birliyi Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı danışıqları dondura bilər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi Avropa Parlamentindəki etibarlı mənbələrinə istinadən yayıb. Mənbə gələn aya qədər AB-Türkiyə münasibətlərində irəlləyiş olmasa, Brüsselin Ankaraya qarşı sərt addımlar atmalı olacağını bildirib.

Qeyd edək ki, son günlər Türkiyə-Avropa Birliyi münasibətləri gərginləşib. Avropa ölkələri Türkiyəni insan haqlarının pozulmasında günahlandırır, Ankara isə Qərbi ikiüzlü siyasət yürütməkdə ittiham edir.

Bütün xəbərlər Facebook səhifəmizdə