Ukraynalı deputat: Rusiya 40 dəqiqəyə Ukraynanı məhv edər

Ukraynalı deputat: Rusiya 40 dəqiqəyə Ukraynanı məhv edər

Rusiya ordusu çox qısa müddətdə Ukraynanı işğal edə bilər. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna "Azov" Milli Qvardiyasının batalyon komandiri, Ali Radanın deputatı Andrey Bileçki "Apostrof"a açıqlamasında deyib.

"Əgər Rusiya istəsə hər şeyi bir saniyəyə dəyişə bilər. İstəmir, etmir. Lakin bunu xüsusilə vurğulamaq istəyirəm ki, belə vəziyyət Ukrayna ordusunu ruhdan salır. Hərbçilərin döyüş ruhu çox aşağıdır", - deyə deputat bildirib. Bileçki onu da əlavə edib ki, Rusiya qüvvələri 40 dəqiqə ərzində Ukrayna donanmasını məhv etməyə qadirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə