BMT açıqladı: Yəməndə hərbi əməliyyatlar yenidən başlayıb

BMT açıqladı: Yəməndə hərbi əməliyyatlar yenidən başlayıb

Yəməndə iki gün davam edən atəşkəsdən sonra döyüşlər yenidən başlayıb. RİA Novosti agentliyi xəbər verir ki, bu açıqlama ilə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib. "Hər iki tərəf hərbi əməliyyatların dayandırılması zamanı atəşkəsin pozulduğunu, hətta hava hücumları barədə məlumat verirdilər. Təəssüf ki, Yəməndə hərbi əməliyyatların bərpa edildiyini deyə bilərik"- Düjarrik qeyd edib. Yəməndə növbəti atəşkəsi rejimi Ərəb koalisiyası tərəfindən noyabrın 19-da elan edilmişdi.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası ötən ilin martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə