Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb

Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb

Dünən Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb. Xəbərə görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub. Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, dünən Ukraynada 2013-cü ildə "Maydan" hərəkatının başladığı günlə əlaqədar "Şərəf və Azadlıq Günü" qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə