Hələbdə 6 gündə 322 nəfər ölüb, 150-si yaralanıb

Hələbdə 6 gündə 322 nəfər ölüb, 150-si yaralanıb

Rusiya və Əsəd qüvvələrinin son 6 gündə Hələbə hücumu nəticəsində 322 mülki vətəndaş ölüb, 150-si yaralanıb.

Axar.az xəbər verir ki, Hələb Vətəndaşların Müdafiəsi heyətinin mətbuat xidmətinin sözçüsü İbrahim Əbu Leys ölənlərdən 82-sinin uşaq, 63-nün qadın olduğunu bildirib. O, ölənlərin sayının artacağını da qeyd edib. Leys Əsəd qüvvələrinin vakuum, barrel bombaları ilə, Rusiyanın havadan hücum etdiyini bildirib.

Qeyd edək ki, Əsəd qüvvələri şəhərin şərqini top atəşinə tutduğu üçün bombardmana məruz qalan ərazilərə yetişmək istəyən təcili yardım maşınları da hücuma məruz qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə