S-400 raketlərinin Türkiyədə yerləşdirilməsi məsələsi Rusiyada baş tutacaq hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Hərbi Texnologiya Şirkətinin direktoru Aleksandr Fomin deyib. "Yaxın zamanda tərəflər arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək. S-400-lərin Türkiyədə yerləşdirilməsi ilə bağlı müzakirələrin olacağı gözlənilir", - direktor bildirib.
S-400 "Triumf" zenit raket kompleksi uzaqmənzillidir. S-400-lər təyyarələrin, qanadlı və ballistik raketlərin, həmçinin qurudakı müxtəlif artilleriya qurğularının məhv edilməsi üçün nəzərdə tutulub. Raketin uçuş məsafəsi 400 km olsa da, 30 km hündürlükdə obyektləri məhv etmək qabiliyyətinə malikdir. Xatırladaq ki, Türkiyə Müdafiə naziri Fikri İşıq da S-400 zenit-raket komplekslərinin satın alınması üçün Moskva ilə danışıqlar aparıldığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB