İŞİD türk əsgərlərinə hücum etdi: Bir əsgər şəhid oldu

İŞİD türk əsgərlərinə hücum etdi: Bir əsgər şəhid oldu

"Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab şəhərində xidmət keçən türk əsgərləri qəflətən İŞİD-in silahlı hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, hadisə zamanı türklərlə yanaşı, Azad Suriya Ordusunun (ASO) bəzi döyüşçüləri də yaralanıb. Yaralı türk əsgərlərindən 3-ü əvvəlcə Türkiyə sərhədinə, oradan da helikopterlə Qaziantepdəki xəstəxanalara çatdırılıb. Türk əsgərlərindən biri şəhid olub. Hərbçi yerləşdirildiyi Qaziantep xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, digər yaralı 2 əsgərin müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə