Brüsseldə minlərlə insan PKK və İŞİD əleyhinə aksiya keçirib

Brüsseldə minlərlə insan PKK və İŞİD əleyhinə aksiya keçirib

Belçikanın paytaxtı Brüsseldə Türkiyə əsilli etirazçılar PKK və İŞİD terror qruplaşmaları, ümumilikdə, terror əleyhinə aksiya keçiriblər. Bu barədə xəbəri "RİA Novosti" agentliyi yayıb. Xəbərə görə, aksiyaya iki minədək etirazçı qatılıb. "PKK ABŞ və Avropada terror təşkilatı kimi tanınıb. Buna baxmayaraq, guya mədəniyyət təşkilatları tərəfindən keçirilən aksiyalarda PKK liderlərinin şəkli olan bannerlərin olduğunu müşahidə edirik", - deyə türk icmasının nümayəndələrindən biri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə