Ukrayna sabiq prezident Mixael Saakaşvilini Gürcüstana təhvil verə bilər. SİA-nın məlumatına görə, bu barədə "Ukrainskaya pravda" nəşri Ukrayna prezidenti adminstrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.
"Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilə bilməz, buna görə də onu ölkədən qovmaq üçün Gürcüstan tərəfin sorğusuna baxılır", - deyə nəşr yazıb.
Qeyd edək ki, daha əvvəl Saakaşvili bəyan etmişdi ki, prezident Petr Poroşenko onu məhkəmənin qərarı ilə Ukrayna vətəndaşlığından məhrum etmək niyyətindədir. Ukrayna qanunvericiliyi digər vətəndaşlığı olmayan şəxslərin ölkə vətəndaşlığından məhrum olunmasını qadağan edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB