Rusiya bir həftədə 2,6 milyard dollar itirib

Rusiya bir həftədə 2,6 milyard dollar itirib

1 noyabr 2016-cı il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 393,1 milyard dollar təşkil edib. Bu barədə "RİA Novosti" xəbər yayıb. Xəbərə görə, noyabrın 4-də bu göstərici 395,7 milyard dollar səviyyəsində olub. Beləliklə, həftə ərzində ehtiyatlar 2,6 milyard dollar azalıb. Rusiyanın beynəlxalq (valyuta-qızıl) ehtiyatları Rusiya Bankının və hökumətinin ixtiyarında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə