Türkiyə Silahlı Qüvvələri 24 avqustdan bəri Hakkari və Çuxurca vilayətlərində aparılan hərbi əməliyyatlar barədə məlumat yayıb. Məlumatda deyilir ki, əməliyyat nəticəsində 510 PKK terrorçusu öldürülüb: "Təhlükəsizlik Qüvvələrinin xüsusilə Hakkari və Çuxurcada davam etdirdiyi fasiləsiz əməliyyatlar terrorçu ünsürlərin nəfəs almasına belə imkan yaratmayıb. Həyata keçirilən dinləmələr zamanı terrorçularda ciddi ruh düşkünlüyü, motivasiya azlığı, rejimin pozulması müşahidə edilir. Bundan əlavə, yaranan fikir ayrılığına görə terrorçular arasında silahlı atışmanın yaşandığı da məlum olub. Ordumuz təhlükənin sovuşması üçün lazımi tədbirlər görməyə davam edir", - açıqlamada bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB