Rusiya Prezidenti Vladmir Putin ölkənin İqtisadi İnkişaf naziri Aleksey Ulyukayevi "etibarını itirdiyinə görə" vəzifədən azad edib. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən yayılan məlumatda bildirilib. Xatırladaq ki, bu gün Aleksey Ulyukayev həbs edilib və ona böyük məbləğdə rüşvət almaqla bağlı ittiham təqdim olunub.
Rusiya İstintaq Komitəsi bildirib ki, Ulyukayev 2016-ci il noyabrın 14-də "Rosneft" şirkətinə "Başneft"in dövlət səhm paketinin alınmasına dair saziş əldə etməsinə imkan verən müsbət qiymətləndirmə üçün 2 milyon dollar məbləğində rüşvət alıb. "2016-ci il noyabrın 15-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin kompleks əməliyyat tədbirləri, xüsusilə vacib işlərin istintaqı üzrə Rusiya Federasiyası İstintaq komitəsinin Baş istintaq idarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində cinayət işi başlanıb", - məlumatda deyilir.
"Bilmirəm, prezidentə məlumat verilirmi"
BBC bildirib ki, Ulyukayev rüşvət verilməsi zamanı, iş başında yaxalanıb.
"Ulyukayevə pul, istintaq eksperimentinin gedişində güc strukturlarının nəzarəti altında verilib", - "İnterfaks" öz mənbəsinə istinadla yazıb.
Bu məlumata əsasən, istintaqda "Rosneft" şirkətinin rəhbərlərinə irad yoxdur. Kremlin nümayəndəsi prezident Vladimir Putinin əməliyyatdan xəbəri olduğunu bildirib.
Sərfəli sövdələşmə
Bir ay əvvəl "Rosneft" bildirib ki, "Başneft" şirkətinin dövlət səhm paketinin səhmlərinin alqı-satqı müqaviləsini bağlayıb və "federal xəzinədarlığın hesabına 329,7 milyard rubl köçürərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirib".
"Bütün məbləğ, 329 milyard 690 milyon rubl büdcəyə daxil olacaq", - o zaman "Başneftin" 50,0755 faiz səhminin satışı üzrə sövdələşməni bağlı elan edən Aleksey Ulyukayev bildirib. "Başneft"in dövlət səhm paketinin alıcısının seçimi barədə şərh verərkən nazir deyib ki, yalnız "Rosneftin" təklifi məsləhətçilərin 297 -315 milyard rubl dəyərində olan qiymətləndirməsindən daha çox olub.aUlyukayevin sözlərinə görə, "Rosneftin" təklifi səhmlərin sentyabrın 30-na olan bazar qiymətindən 20 faiz yüksək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB