Polkovnik açıqladı: 2 min 801 İŞİD-çi öldürülüb

Polkovnik açıqladı: 2 min 801 İŞİD-çi öldürülüb

Mosul əməliyyatının başlandığı gündən bəri İraq ordusu ilə ABŞ koalisiyasının birgə əməliyyatları nəticəsində 2 min 801 İŞİD-çi öldürülüb. Axar.az xəbər verir ki, bunu beynəlxalq koalisiyanın sözçüsü polkovnik Con Dorrian deyib. O, terrorçuların mövqelərinə 4 min bomba atıldığını, 59 bomba quraşdırılan avtomobillə isə 80 tunelin yararsız hala salındığını bildirib. Qeyd edək ki, Mosul əməliyyatları 17 oktyabrda İraqın ordu qüvvələri tərəfindən başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə