İraqda iki partlayış törədildi, 8 nəfər öldü

İraqda iki partlayış törədildi, 8 nəfər öldü

Dünən İraqın Əl-Fəluca şəhərində bir-birinin ardınca iki partlayış baş verib. Reuters agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb. İlkin məlumata əsasən, terrorçular şəhərin mərkəzində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında iki minalanmış avtomobili partladıb. İnsidentdən sonra Əl-Fəlucada komendant saatı elan edilib. Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə