ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp məvacib almaqdan imtina edib. SİA-nın məlumatına görə, bu barədə Tramp CBS telekanalına açıqlamasında deyib.
"Mən maaş almaq niyyətində deyiləm. Lakin qanuna görə əmək haqqı almaq vacibdirsə, ayda 1 dollar ala bilərəm", - deyə Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ prezidentinin məvacibi illik 400 min dollar təşkil edir. ABŞ lideri şəxsi xərcləri üçün ildə daha 50 min dollar istifadə edə bilər. Bundan başqa, onun səfərləri üçün 100 min dollar, istirahəti üçün isə 19 min dollar ayrılır.
Bir ildir siyasətlə məşğul olmağa başlayan Tramp uğurlu biznesmen hesab olunur və "Forbes" jurnalının hesablamalarına görə, onun sərvəti 3,7 milyard dollar təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB