PKK təmsilçisi Almaniya parlamentində görüşlər keçirdi

PKK təmsilçisi Almaniya parlamentində görüşlər keçirdi

PKK terror təşkilatının Suriya qanadı olan PYD rəhbərlərindən olan Salih Müslüm, Almaniya parlamentində görüşlər keçirib. SİA Türkiyənin nüfuzlu "Milliyet"qəzetinə istinadən xəbər verir ki, dünən Bundestaqda olan terror təşkilatının təmsilçisi, Almaniya parlamentindəki sol partiya nümayəndələri ilə Türkiyənin Suriya siyasətini müzakirə edib. Onun, Almaniya Sosial Demokrat Partiyasından olan deputatlarla bir araya gəldiyi və nahar etdiyi də verilən xəbərlər arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə